Xəbərlər / Qalereya
Baş Sponsor

2018-10-22

Premyer Liqada 100-cü oyun
Topaz Premyer Liqasının VIII turunun “Keşlə” ilə səfər qarşılaşması “Zirə” üçün əlamətdar olub. “Qartallar” Premyer Liqada 100-cü matçını keçirib. Azərbaycan çempionatının yüksək dəstəsində 2015/16 mövsümündə debüt edən komandamız indiyədək 100 görüşə çıxıb. İndiyədək 40 qələbə qazanan “Zirə” 29 heç-heçə edib və 31 dəfə uduzub. Rəqib qapılarından 110 top keçirən futbolçularımız 98 qol buraxıb.
2015/16 mövsümündə 36, 2016/17 və 2017/18 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınamışdı. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub.
100 görüşdən 50-ni evdə keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda top fərqi 43-47-di. 
Evdəki 50 oyunda isə 26 qələbəsi olan komandamız 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri 51 top buraxıb.
Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib

DİGƏR XƏBƏRLƏR

2019-01-20

20 yanvar – Qanlı yanvar gecəsi!

2019-01-20

"Zirə"nin məşqində 20 Yanvar şəhidləri anıldı

2019-01-20

“Zirə”nin hazırlıq planında dəyişiklik olub.

2019-01-18

Zirə 1-0 Voluntari (Rumıniya)

2019-01-18

Samir Abasov: "Bu, maksimumuz deyil"

2019-01-17

“Voluntari” ilə 2-ci sınaq

2019-01-14

Antalya toplanışı: 2-ci gün

2019-01-13

Zirə Antalyada məşqlərə başladı

2019-01-13

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi rəqiblər:

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI