Xəbərlər / Qalereya
Baş Sponsor

2019-02-04

 

“Zirə”də üç debüt: Azərbaycanda ilk, 23-cü ölkə

Topaz Premyer Liqasının XV turunun “Sabah”la qarşılaşması (0:2) “Zirə”nin üç futbolçusu üçün debütlə əlamətdar olub. Start heyətində yer alan Bəxtiyar Həsənalızadə, meydana ikinci yarının gedişində daxil olan Mfo Kqasvane və Xulio Sezar Rodriges “Qartallar”ın heyətində ilk oyunlarını keçiriblər.

Zirə İdman Kompleksinin stadionundakı görüşədək Premyer Liqada 63 futbolçu komandamızın formasını geyinmişdi. Bəxtiyar bu siyahıya 64-cü, Mfo 65-ci, Xulio isə 66-cı kimi düşüb.

Həsənalızadə yerli futbolçu statusu daşıyan 34-cü futbolçudur. Premyer Liqadakı legionerlər siyahısında Kqasvane 31-ci, Rodriges 32-ci olub. Sonuncu klub tarixində Sezar Meza Kollidən sonra 2-ci paraqvaylıdır. Mfo isə nəinki “Zirə”nin, ümumiyyətlə Azərbaycan Premyer Liqasının tarixinə ilk Botsvana təmsilçisi kimi düşüb. Klubumuza gəlincə, Botsvana futbolçusunun heyətimizdə oynadığı 23-cü ölkədir. Bunadək “Zirə”də Albaniya, Braziliya, Fransa, Gürcüstan, Haiti, Hollandiya, İspaniya, Kamerun, Makedoniya, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Nigeriya, Paraqvay, Portuqaliya, Qana, Rumıniya, Salvador, Serbiya, Trinidad və Tobaqo, Ukraynadan oyunçu çıxış edib.

DİGƏR XƏBƏRLƏR

2019-02-17

Robin “Zirə”nin Premyer Liqa tarixində 34-cü legioneridir

2019-02-16

“Zirə” 0-0 “Neftçi” (fotolar)

2019-02-16

Samir Abasov oyunla bağlı fikirlərini bildirib:

2019-02-14

Bu gün hakimlik məsələləri üzrə seminar keçirilib.

2019-02-11

Tarixdə 70-ci, səfərdə 30-cu

2019-02-11

"Zirə" yeni futbolçu ilə anlaşdı

2019-02-10

“Səbail” 0-2 “Zirə” fotolar

2019-02-10

Samir Abasov oyunla bağlı fikirlərini bildirib: "Bu cür oyundan sonra şərh vermək çox çətindi”

2019-02-08

Səbail’lə 7-ci duel

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI