Xəbərlər / Qalereya
Baş Sponsor

2019-02-08

 

“Səbail”lə 7-ci duel
Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. “Zirə” 2019-cu ildə ilk səfər oyununa çıxacaq. “Qartallar” rəqib meydanında “Səbail”lə görüşəcək.
Bu, komandaların cari mövsüm Premyer Liqada 3-cü dueli olacaq. Əslində, əvvəlki görüşlərin ikisi də heç-heçə başa çatıb. Lakin I dövrənin “Səbail”in meydanında 1:1 hesabı ilə sona çatan qarşılaşmadakı texniki xəta “Qartallar”a məğlubiyyət verilməsinə səbəb olub – 0:3. “Zirə”nin ev oyununda isə qapılara qol vurulmayıb.
Ümumilikdə isə iki komanda arasında Premyer Liqada 6 matç keçirilib. Həmin texniki məğlubiyyət komandamızın “Səbail”lə qarşılaşmalarda xal qazanmadığı yeganə oyundur. Digər görüşlərdə 3 qələbəsi olan “Qartallar” 2 heç-heçə edib. Bu üstünlük texniki nəticənin nəzərə alınmadığı top fərqində də əksini tapıb. 5 qol vuran komandamız yalnız 2 top buraxıb. Komandamızın qollarına fərqli oyunçular imza atıb.
Zirə təmsilçisi 4-cü dəfə “Səbail”in qonağı olacaq. Əvvəlki üç səfərdə 2 qələbə və 1 məğlubiyyəti olan komanda iki top vurub.
Qeyd edək ki, “Səbail” - “Zirə” görüşü fevralın 10-da baş tutacaq.
2017/18 mövsümü
13.08.2017. Zirə - Səbail - 2:1
Milan Duriç, 3; Riçard Qadze, 17 - Vüqar Nadirov, 43
03.12.2017. Səbail - Zirə - 0:1
Adil Nağıyev, 39
14.03.2018. Zirə - Səbail - 1:1
Aleksandr Dedov, 17 // Nikoloz Apakidze, 54
05.05.2018. Səbail - Zirə - 0:1
Müşfiq İlyasov, 16
2018/19 mövsümü
15.09.2018. Səbail - Zirə - +:-
04.11.2018. Zirə - Səbail - 0:0

DİGƏR XƏBƏRLƏR

2019-08-19

Startda 5 debüt Premyer Liqanın ilk turunun “Səbail”lə səfər oyunu (0:1) 5 futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub

2019-08-18

"Səbail" 1:0 "Zirə"

2019-08-18

Komandamızın baş məşqçisi Samir Abasov "Səbail" - "Zirə" oyunu (1:0) ilə bağlı fikirlərini bildirib:

2019-08-17

“Zirə”nin 11 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyununa çıxıb

2019-08-15

Premyer Liqada 5-ci start

2019-08-15

“Zirə 2” bu gün yoxlama oyunu keçirib

2019-08-14

18 avqust (bazar) “Səbail” – “Zirə” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Ramiz Mustafayev “ASCO Arena”, 20:00

2019-08-14

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib

2019-08-11

Ötən mövsüm "Zirə"nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI