2019-02-11
"Zirə" heyətinə yeni futbolçu əlavə edib. Komandamız fransalı Şafik Tiqrudca ilə anlaşıb. Yarımmüdafiəçi ilə mövsüm sonuna kimi müqavilə bağlanılıb. 27 yaşlı futbolçunun son klubu Albaniyanın "Kukesi" klubu olub. Şafik bundan başqa Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında çıxış edib. O, komandamızda 48 nömrəli forma ilə çıxış edəcək.