Xəbərlər / Qalereya
Baş Sponsor

2019-05-06

10-cu olan Rodrigez 4-cü yerə şərik çıxdı

“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında dəyişiklik olub. XXVII turun “Keşlə” ilə səfər oyununda (3:1) dubla imza atan Xulio Sezar Rodriqez “Qartallar”ın heyətində çempionatdakı qol sayını 6-ya çatdırıb. Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqez yalnız üç oyunçudan – Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.

Xulio “Zirə”nin heyətində ilk dubluna imza atıb. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçumuz kimi tarixə düşüb. Rodiqesə qədər 9 oyunçumuz ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard komandamızın dubl sayını 13-ə çatdırıb. Nelson Bonilla üç, Təmkin Xəlilzadə iki dəfə belə uğura imza atıbsa, digər yeddi oyunçu, o cümlədən paraqvaylı bir qarşılaşmada iki dəfə fərqlənib.

DİGƏR XƏBƏRLƏR

2019-08-19

Startda 5 debüt Premyer Liqanın ilk turunun “Səbail”lə səfər oyunu (0:1) 5 futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub

2019-08-18

"Səbail" 1:0 "Zirə"

2019-08-18

Komandamızın baş məşqçisi Samir Abasov "Səbail" - "Zirə" oyunu (1:0) ilə bağlı fikirlərini bildirib:

2019-08-17

“Zirə”nin 11 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyununa çıxıb

2019-08-15

Premyer Liqada 5-ci start

2019-08-15

“Zirə 2” bu gün yoxlama oyunu keçirib

2019-08-14

18 avqust (bazar) “Səbail” – “Zirə” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Ramiz Mustafayev “ASCO Arena”, 20:00

2019-08-14

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib

2019-08-11

Ötən mövsüm "Zirə"nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI