Xəbərlər / Qalereya
Baş Sponsor

2019-11-25

50-ci qələbə

“Zirə” Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb. Bu yubiley XII turun “Keşlə” ilə matçına təsadüf edib. 3:1 hesabı ilə qalib gələn “Qartallar” 2015-ci ildə debüt etdikləri yüksək dəstədə 50-ci dəfə üç xala sevinib.

Bu, komandanın 132-ci görüşündə qeydə alınıb. Qələbələrdən 31-i ev, 19-u səfərdə əldə olunub.

“Keşlə” ilə matç baş məşqçi Zaur Həşimovun rəhbərliyi altında əldə olunan ilk qələbə kimi də tarixə düşüb. O, komandamızın “sükanı arxası”nda qələbə sevinci yaşayan 4-cü mütəxəssisdir. Onadək Adil Şükürov 21, Ayxan Abbasov 18, Samir Abasov 10 dəfə “Zirə”nin qələbəsində pay sahibi olub.

Mövsümdə 3-cü dəfə qalib gələn “Qartallar” əvvəlki 4 turnirdə 47 dəfə rəqiblərini məğlub edib: 2015/16 – 17, 2016/17 – 10, 2017/18 – 12, 2018/19 – 8.

“Zirə” “Keşlə”ni 5-ci dəfə məğlub edib. Premyer Liqada qarşılaşdığı 11 komandadan 10-na qalib gələn “Qartallar” yalnız “Qarabağ”dan üç xal almayıb: “Sumqayıt” – 10, “Neftçi” – 9, “Kəpəz”, AZAL, “Keşlə” – 5, “Qəbələ”, “Səbail”, “Xəzər Lənkəran” – 4, “Rəvan” – 3, “Sabah” – 1.

“Zirə”nin əlamətdar qələbələrinin hamısı ev oyunlarında əldə olunub:
1-ci. 09.08.2015. Zirə - AZAL - 1:0
10-cu. 15.02.2016. Zirə - Rəvan - 2:1
20-ci. 16.10.2016. Zirə - Neftçi - 2:0
30-cu. 26.08.2017. Zirə - Sumqayıt - 3:1
40-cı. 05.10.2018. Zirə - Qəbələ - 1:0
50-ci. 24.11.2019. Zirə - Keşlə - 3:1

DİGƏR XƏBƏRLƏR

2019-12-09

Premyer Liqada 150-ci qol

2019-12-03

“Zirə” – “Qaradağ Lökbatan”

2019-11-30

"Qəbələ" 3:0 "Zirə"

2019-11-30

Komandamızın baş məşqçisi Zaur Həşimovun "Qəbələ" - "Zirə" (3:0) oyunu ilə bağlı fikirləri

2019-11-29

18-ci sınaq

2019-11-25

50-ci qələbə

2019-11-24

"Zirə" - "Keşlə" (3:1)

2019-11-24

Komandamızın baş məşqçisi Zaur Həşimovun "Zirə" - "Keşlə" (3:1) oyunu ilə bağlı fikirləri:

2019-11-19

18-ci duel

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI