Xəbərlər / Qalereya
Baş Sponsor

2018-10-28

Topaz Premyer Liqasında IX turun “Sabah” – “Zirə” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
"Dilxoruq. Bu cür oyunun nəticəsində uduzduq. Keçən tur çoxlu qol imkanlarından istifadə edə bilməmişdik. Bu gün də eyni şey. Əks-hücumdan qorxurduq, müdafiəçilərin səhvindən çəkinirdik. O da başımıza gəldi. Bəxtdən şikayətlənə bilmərəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən şikayətlənməsi lazım deyil. Keçən oyundan sonra ümidli idim. Bu gün də çoxlu imkanlar yaratdıq, təzyiq etdik. Ağıllı oynadıq. Amma təəsüf ki, müdafiəçilərimiz futbola yaraşmayan hərkətlər etdi. Son iki oyunu müdafiənin hesabına uduzduq. Hər oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatakemiz yox idi, bir gün Dilanımız olmur. Bizdə yeganə xoş hal odu ki, oyundan-oyuna artırırıq. Bəzi hissələrdə diqtə edirik, amma üzücü odu ki, nə qədər işləsən də, səhvlər olur. Müdafiəyə deyəcək sözüm yoxdu.

Özüm-özümü də soyunub-geyinmə otağında söyürdüm. Epizodda sanki hiss etmişdm ki, qol buraxacağıq. Təəccüblü olsa da, oyunumuzu İlkin Muradov aparırdı, onun mövqeyiini dəyişən kimi qol vurduq. Bundan sonra həvəs yarandı. Təzyiqimiz düz idi. Topu hara gəldi vurmurduq. Ağıllı oynayırdıq. Amma topu çıxarırsansa, professionalsansa, bilməlisən ki, hara vurursan. Çox üzgünəm. Azarkeşlərə deyirəm ki, səbrli olsunlar. Bir günə alınan deyil. Rəhbərliyin də istəyi odu ki, komanda layiq olduğu yerə qayıtsın. Bir az gözləməli, səbrli olmalıyıq. Bir günün içində nəyisə dəyişmək üçün çubuğum yoxdu. İnanıram ki, komandamız ən yaxşılardan olacaq.

DİGƏR XƏBƏRLƏR

2018-11-11

Samir Abasov: "Uşaqlar can qoydular"

2018-11-10

Neftçi 2-2 Zirə

2018-11-05

Samir Abasov: "Bu oyun bizi ruhdan salmalı deyil, gələn oyunlara hazırlaşacağıq".

2018-11-04

Zirə 0-0 Səbail

2018-10-28

Samir Abasov: "Dilxoruq"

2018-10-28

80-ci səfər qolu

2018-10-27

"Sabah" 2-1 "Zirə"

2018-10-22

Premyer Liqada 100-cü oyun

2018-10-21

"Keşlə" 1-0 "Zirə"

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI