detail

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub

28 Dekabr 2023
detail

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub. Komandamız yanvarın 3-də bir araya gələcək. Hazırlığını Bakıda keçəcək “Qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komandamız yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la qarşılaşacaq. “Zirə” daha sonra Misli Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.

Digər xəbərlər