detail

İrqçiliyə yox! Hamımız azad və bərabər doğulmuşuq !

9 Dekabr 2023
detail

Futbolda irqçilik dünyəvi problemə çevirilib. Futbolçular, hakimlər və hətta azarkeşlər də təkcə dəri rənglərinə görə irqçiliyə məruz qalır. Onlar yaşadıqları ölkə, cəmiyyət və ya mənsub olduqları dini, ümumi görüşünə görə də təhqirlər eşidir, təzyiqlərə məruz qalırlar. Bəzən çıxış etdiyi komandanın azarkeşləri tərəfindən də bu kimi hallarla qarşılaşanlar olur. “Zirə” PFK futbolun gözəlliyinə ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir. Hazırda dünya futbolunu bürüyən irqçilik bəlasının Azərbaycan stadionlarında yaşanmaması, ölkəmizin həmişə bu baxımdan müsbət mənada fərqlənməsi üçün hər kəs əlindən gələni etməlidir. İrqçiliyə qarşı mübarizədə hamını bir olmağa çağırırıq. Klublar, futbol adamları və azarkeşlər bu cür məsələlərdə daha diqqətli olmalı, xoşagəlməz hadisələrə yol verməməlidir. İrqçiliyə qarşı mübarizədə təbliğat ən önəmli məsələdir. Hamını bir-birimizə qarşı hörmətlə yanaşmağa dəvət edirik. 24.12.2023-cü il tarixində Misli Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Zirə” – “Araz-Naxçıvan” oyunundan əvvəl “İrqçiliyə yox” (No to Racism!) və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ilk qaydası olan “Hamımız azad və bərabər doğulmuşuq!” (We are all born free and equal!)  sözləri  yazılmış bannerlə çıxıb.

Digər xəbərlər