detail

Azərbaycan Kubokunun finalındayıq!

24 Aprel 2024
detail

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Komandamız evdə 2:1 hesabı ilə qalib gəldiyi "Qəbələ"nin qonağı olub. İlk hissəsi 0:0 hesabı ilə başa çatan oyunun ikinci hissəsində komandamız Vladislav Kulaç və Rafael Utziqin qolları ilə qələbə qazanıb 0:2. 

Bununla da iki görüşün nəticəsinə görə rəqibini 4:1 hesabla məğlub edən "qartallar", 2023/2024-cü il Azərbaycan Kubokunda finala vəsiqə qazanıb. 

Komandamızın rəqibi Ağdamın "Qarabağ" klubu olacaq. Oyun iyunun 2-də "Liv Bona Dea Arena"da olacaq. Qarşılaşma 20:00-da start götürəcək.

Digər xəbərlər