Komandamızın baş məşqçisi Rəşad Sadıqovun UEFA Avropa Liqasındakı rəqibimizlə bağlı fikirləri
UEFA Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşacaq “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun püşklə bağlı fikirləri: “Şerif” Azərbaycan futboluna tanış rəqibdi. Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.