Rəşad Sadıqov 200-cü rəsmi oyununa çıxıb

Dünən “Qəbələ”yə qarşı keçirilən matç komandamızın baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub. Mütəxəssis “Zirə”nin çalışdırıcısı kimi 200-cü rəsmi oyununa çıxıb. Qeyd edək ki, Rəşad Sadıqovun “Zirə”nin baş məşqçisi postunda debütü 2020-ci il avqustun 23-də Qəbələdə eyniadlı komandaya qarşı olub.