Zəfər turu çərçivəsində "Turan Tovuz"la qarşılaşdıq
Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə” İdman Kompleksində “Turan Tovuz” klubunu qəbul etdik. Zəfər Gününə təsadüf etdiyi üçün rəmzi şəkildə “Zəfər turu”nun qarşılaşması olaraq başlayan oyun 0:0 hesabı ilə başa çatdı.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda komandamız bir neçə qol epizodu yaratsa da, hesabı dəyişmək mümkün olmadı. Matçın baş hakimi Əliyar Ağayev idi.