Rikardo Martins "Gima" Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik milli komandasına dəvət alıb
Futbolçumuz Rikardo Martins "Gima" Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik milli komandasına dəvət alıb. Bu səbəbdən o "İmişli"ylə növbəti turda keçiriləcək oyunda iştirak edə bilməyəcək. Yarımmüdafiəçi sabah Mozambik milli komandasının düşərgəsinə qoşulacaq. "Zirə" PFK olaraq futbolçumuza milli komandada uğurlar arzulayırıq.