Eren Aydın "Zirə"də!
“Zirə” yeni futbolçuyla anlaşıb. Komandamız Eren Aydını heyətinə qatıb. Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb. Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 22 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.