Yay-hazırlıq planımız müəyyənləşdi
“Zirə"nin yay hazırlıq planı bəlli olub. İyunun 23-də bir araya gələcək komandamız iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək. “Qartallar” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək. Komandamız iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. "Zirə" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. Komandamız bu müddətdə üç yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.