detail

KİV-in nəzərinə!

1 İyul 2024
detail

"Zirə" - "Şerif" (Moldova) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən KİV nümayəndələrinin nəzərinə! UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Şerif" (Moldova) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur: 1. Qeydiyyatdan keçmək istəyən media orqanı iyulun 10-u, saat 18:00-dək əməkdaşının ad, soyad, vəzifəsini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur; 2. Yer sayını nəzərə alaraq bir mətbu orqan maksimum iki akreditasiya ala bilər; 3. Oyunsornası mətbuat konfransında iştirak edəcək mətbuat nümayəndələrinin bunu maildə mütləq şəkildə qeyd etmələri xahiş olunur. Yer sayını nəzərə alaraq maildə bunu qeyd edən ilk 30 nəfər mətbuat konfransında yer ala biləcək. 4. PFL-in blogger akreditasiyası ilə qeydiyyatdan keçən şəxslərə isə media akreditasiyası veriləcək. 5. Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş KİV nümayəndələrinə akreditasiyalar veriləcək; Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız; Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

Digər xəbərlər