detail

Komandamız "Şerif"ə penalti seriyasında məğlub oldu

19 İyul 2024
detail

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Komandamız Moldovanın "Şerif" komandası ilə cavab görüşünə çıxıb. İlk oyundan sonra 1:0 hesablı üstünlüklə görüşə başlayan "qartallar", oyunun 5-ci dəqiqəsində Rafael Utziqin qolu ilə hesabı açıb.
Lakin rəqib komanda ikinci hissədə 2 qol vuraraq ümumi hesabı bərabərləşdirib 2:2.
Oyunun əlavə 30 dəqiqəsində də qol vurulmadığı üçün qalibi müəyyənləşdirmək üçün 11 metrlik penalti zərbələri vurulub. Burada 1 top fərqlə qalib gələn "Şerif", növbəti mərhələyə yüksəlib. 

Digər xəbərlər