detail

“Zirə” PFK məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb

6 Mart 2025
detail

“Zirə” PFK məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb. Bundan sonra Ağabala Ramazanov əsas komandanın məşqçilər korpusunda yer alacaq. Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək məşqçi kimi “Zirə” PFK-nın akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında “Zirə” PFK-da çıxış edib və komandamızın kapitanı olub.

Digər xəbərlər