detail

Zirə İdman Kompleksində təmizlik aksiyası keçirilib

19 Fevral 2026
detail

Zirə Qəsəbəsində və yaxın ərazilərdə ətraf mühitin qorunmasına tövhə vermək «Zirə» PFK-nın başlıca məqsədlərindən biridir. Ümumiyyətlə, təbiətin qorunması hamının diqqət etməli olduğu ən vacib məsələlərdən biridir. Ətraf mühitin mühafizəsi ilə bağlı «Zirə» PFK da zaman zaman müəyyən işlər görməyə çalışır, həm klub daxilində, həm akademiyada, həm də stadionda bu yöndə təbliğatlar aparılır və gələcəkdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.
14.02.2026-ci il tarixində komandamızın azarkeşləri ilə Zirə İdman Kompleksində təmizlik aksiyası keçirilib. Oyundan sonra bir qrup Zirəli azarkeş tribunalarda, həmçinin meydançanın kənarında təmizlik işləri həyata keçiriblər.


Digər xəbərlər