“Zirə” “Şamaxı” ilə heç-heçə edib
Misli Premyer Liqasının VII turunda “Zirə” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. Zirə İdman Kompleksində keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada ilk qolu 53-cü dəqiqədə Abdullahi Şuaybu vurub. Komandamız 68-ci dəqiqədə Ange Mutsinzinin qolu ilə hesabı bərabərləşdirib.