2019-02-10
Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Səbail" - "Zirə" (0:2) oyunundan sonra komandamızın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib:
"Bu cür oyundan sonra şərh vermək çox çətindi. Oyundan əvvəl də çətinliklərlə üzləşdik. Bir sıra yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən. İlk yarıda hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. İstifadə edə bilsəydilər, bəlkə də “Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz panikaya düşmüşdü. Bir az çətin idi bizə. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər".