detail

Uşaq və Gənclərin hüquqlarının müdafiəsi

23 Yanvar 2024
detail

Azyaşlı və Gənc futbolçulara öz hüquqları barədə məlumat vermək, bu istiqamətdə maarifləndirmək ən vacib məqamlardandır. Bu, onların təkcə futbolçu kimi deyil, həm də faydalı bir insan kimi yetişməsi üçün gərəklidir. Məlumdur ki, akademiyadakı uşaqların hamısı gələcəkdə futbolçu olmaya bilər, amma ən azı o uşaqları düzgün istiqamətləndirib, cəmiyyətə düzgün şəkildə yönləndirmək, zəzərli vərdişlərdən uzaq durmağa çalışmaq və ən əsası öz hüquq və azadlıqlarını bildirmək azyaşlılarla işləyən bütün qrumların əsas vəzifələrindən biri olmalıdır. 

23.01.2024-cü il tarixində “Çinar Plaza”da “Zirə”PFK-nın aşağı yaş qruplarında gənc futbolçulara Uşaq və Gənclərin hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib. Seminarı “Zirə” PFK-nın akademiyasının direktoru Zaur Həşimov keçib. O, gənc futbolçulara öz hüquq və azadlıqlarının müdafiəsi, gələcəkdə cəmiyyət üçün sağlam fərdin yetişməsinin vacibliyini qeyd edib.

Digər xəbərlər