Bərabərlik və inkluzivlik

Bərabərlik və inklüzivlik meyarları çərçivəsində “Zirə” PFK-nın futbolçusu Ceyhun Nuriyev və “Zirə” PFK-nın akademiyasının rəhbəri Zaur Həşimov 15 yaşadək qızlardan ibarət “Təhsil” klubunun üzvləri ilə görüşüb. Həm Zaur Həşimov, həm də Ceyhun Nuriyev qızlarla söhbət edib, onlara məsləhətlərini və tövsiyyələrini verib. Sonda qızlara simvolik hədiyyələr təqdim olunub.