detail

Premyer Liqada ikinci yeri rəsmiləşdirdik

2 May 2025
detail

Komandamız 2024/2025-ci il futbol mövsümündə Misli Premyer Liqasında ikinci yeri rəsmiləşdirib. Belə ki, digər oyunların nəticəsindən asılı olmadan qazanacağımız 3 xal, sona 3 tur qalmış ikinci pillədəki yerimizi rəsmiləşdirəcəkdi. 

MPL-nın XXXIII turu çərçivəsində "Zirə İdman Kompleksi"ndə keçirilən "Zirə" - "Turan Tovuz" komandaları arasındakı oyunda qapılara cəmi 1 qol vuruldu. Yeganə qolun müəllifi komandamızın yarımmüdafiəçisi Salifu Suma oldu. Beləliklə, oyundan 1:0 hesablı qələbə ilə ayrılan "qartallar", sona üç tur qalmış ikinci yerdəki mövqeyini rəsmiləşdirib. 

Xatırladaq ki, ötən tur keçirilən oyunlardan sonra "Zirə", Avrokuboklarda iştirakını da rəsmiləşdirmişdi. Komandamızın növbəti oyunu səfərdə "Səbail"ə qarşı olacaq. Ardıcıl olaraq, XXXV turdu evdə "Sabah", XXXVI və sonuncu turda isə "LiV BONA DEA ARENA" da "Araz-Naxçıvan"ın qonağı olacaq. 


Digər xəbərlər