KİV-in nəzərinə!

“Zirə” – “Hayduk” (Xorvatiya) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən KİV nümayəndələrinin nəzərinə! UEFA Konfrans Liqasının II təsnifat mərhələsində 8-ci km stadionunda keçiriləcək “Zirə” – “Hayduk” (Xorvatiya) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarından aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur: 1. Qeydiyyatdan keçmək istəyən media orqanı 17 iyul, saat 18:00-dək əməkdaşının ad, soyad, vəzifəsini [email protected] elektron ünvanına göndərə bilər; 2. Yer sayını nəzərə alaraq bir mətbu orqan maksimum iki akkreditasiya ala bilər; 3. Təmsil etdiyiniz KİV adından yalnız bir e-mail göndərin. Əks halda yalnız birinci göndərilən ada akkreditasiya veriləcək; 4. Oyunsonrası mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələrindən yerlər məhdud olduğu üçün əvvəldən bunu maildə mütləq şəkildə qeyd etməsi xahiş olunur; 5. PFL-in bloqqer akkreditasiyası ilə qeydiyyatdan keçən şəxslərdən yalnız peşəkar fotokamerası olanların qapı arxasında dayanmağına icazə veriləcək, digərlərinə isə yalnız media akkreditasiyası veriləcək; 6. 2024/25 mövsümü üçün Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş və hazırda KİV-də aktiv iş yeri olan KİV nümayəndələrinə akkreditasiyalar veriləcək; 7. Akkreditasiya oyundan bir gün əvvəl saat 16:00-dan etibarən 8-ci km stadionunda veriləcək; 8. Akkreditasiya yalnız yuxarıda qeyd olunan saat və məkanda paylanılacaq. Oyun günü akkreditasiya paylanılmayacaq; 9. Üzrlü səbəbdən akkreditasiyasını götürə bilməyəcək KİV mənsubunun akkreditasiyasını öz icazəsiylə həmkarı da götürə bilər; Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız