detail

"Qarabağ"la səfər oyunundan 1 xalla qayıdırıq

12 Sentyabr 2025
detail

Misli Premyer Liqasının IV turu çərçivəsində səfərdə Ağdamın "Qarabağ" klubu ilə qarşılaşdıq.

Oyunun ilk hissəndə George Papunaşviliyə qarşı edilən qayda pozuntusuna VAR-ın müdaxiləsi ilə təyin edilən 11 metrlik zərbəni dəqiq yerinə yetirən Ruan Renato, komandamızı hesabda önə çıxardı. Oyunun fasiləsinə 0:1 hesablı üstünlüklə yollandıq.

81-ci dəqiqədə Kadi Borqesin qolu ilə hesab bərabərləşdi. Qarşılaşmada başqa qol olmadı və oyun 1:1 hesablı bərabərliklə başa çatdı.


12 sentyabr 2025, 20:00 Azersun Arena. Baş hakimi Rəvan Həmzəzadə, yan xətt hakimləri Tərlan Talıbzadə və Teymur Teymurov, dördüncü hakim Elvin Bayramov.
VAR hakimi Nicat İsmayıllı, AVAR Əliyar Ağayev.
Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi Məmmədəli Məmmədov.

Digər xəbərlər