İrqçiliklə mübarizə
Futbolda irqçilik dünyəvi problemə çevrilib. Futbolçular, hakimlər və hətta azarkeşlər də təkcə dəri rənglərinə görə irqçiliyə məruz qalır. Onlar yaşadıqları ölkə, cəmiyyət və ya mənsub olduqları dini, ümumi görüşünə görə də təhqirlər eşidir, təzyiqlərə məruz qalırlar. Bəzən çıxış etdiyi komandanın azarkeşləri tərəfindən də bu kimi hallarla qarşılaşanlar olur. «Zirə» PFK futbolun gözəlliyinə ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir. Hazırda dünya futbolunu bürüyən irqçilik bəlasının Azərbaycan stadionlarında yaşanmaması, ölkəmizin həmişə bu baxımdan müsbət mənada fərqlənməsi üçün hərkəs əlindən gələni etməlidir. İrqşiliyə qarşı mübarizədə hamını bir olmağa çağırırıq. Klublar, futbol adamları və azarkeşlər bu cür məsələlərdə daha diqqətli olmalı, xoşagəlməz hadisələr ə yol verməməlidir. İrqçiliyə qarşı mübarizədə təbliğat ən önəmli məsələdir. Hamını bir-birimizə qarşı hörmətlə yanaşmağa dəvət edirik.
10.02.2026-ci il tarixində “Supreme” oteldə “Zirə” PFK-nin aşağı yaş qruplarında gənc futbolçulara İrqçilik əleyhinə seminar keçirilib. Seminarı “Zirə” PFK-nın futbolda sosial məsuliyyət üzrə meneceri Vasif Tağıyev keçib. O, nəyinki futbolda, ümumiyyətlə, gündəlik həyatımızda irqçiliyin yolverilməz bir hal olduğunu, həmçinin dinindən, irqindən, asılı olmayaraq, bütün insanların bərabər olduğunu vurğulayıb.