detail

Yay təlim-məşq toplanışının planı müəyyənləşib

18 İyun 2026
detail

Bakıda hazırlıq keçən “Zirə” iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək. Bu müddətdə 1 yoxlama oyunu keçirəcək komandamız iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.

25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək komandamız burada iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcək.


Digər xəbərlər