KİV-in nəzərinə!
“Zirə” (Azərbaycan) - “Torpedo” (Gürcüstan) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən KİV nümayəndələrinin nəzərinə!
UEFA Konfrans Liqasının 1-ci mərhələsində keçiriləcək “Zirə”(Azərbaycan) - “Torpedo” (Gürcüstan) oyununa akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarının aşağıda qeyd olunanları yerinə yetirməsi tələb olunur:
1. Qeydiyyatdan keçmək istəyən media orqanı 4 iyul, saat 18:00-dək əməkdaşının ad, soyad, vəzifəsini və fotosunu [email protected] elektron ünvanına göndərməyi xahiş olunur;
2. Yer sayını nəzərə alaraq bir mətbu orqan maksimum bir akreditasiya ala bilər;
3. Xahiş olunur təmsil etdiyiniz KİV adından yalnız bir mail göndərin. Əks halda yalnız birinci göndərilən ada akkreditasiya veriləcək.
4. Oyunsornası mətbuat konfransında iştirak edəcək mətbuat nümayəndələrinin bunu maildə mütləq şəkildə qeyd etmələri xahiş olunur. Yer sayını nəzərə alaraq maildə bunu qeyd edən ilk 30 nəfər mətbuat konfransında yer ala biləcək.
5. Peşəkar Futbol Liqasında (PFL) 2025/26 mövsümü üçün qeydiyyatdan keçmiş KİV nümayəndələrinə akkreditasiyalar veriləcək;
6. Akkreditasiya oyundan bir gün əvvəl etibarən Sumqayıt şəhər stadionunda veriləcək.
Göndərdiyiniz e-maildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız;