detail

“Zirə” PFK-nın prezidenti Taleh Nəsibov “Fənərbaxça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.

31 May 2023
detail

“Zirə” PFK-nın və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbaxça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.“Fənərbaxça” klubunun ofisində keçirilən görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə  heyətinin üzvüləri də iştirak edib. Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbaxça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb. Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Digər xəbərlər