detail

“Zirə” PFK-nın Müşahidə Şurasının sədri Orxan Məmmədov iki görüş keçirib

25 İyun 2023
detail

“Zirə” PFK-nın Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu və Rusiyanın “Rubin” klubunun direktoru Şamil Xusnutdinovla görüşüb.

Hər iki klub rəhbəri ilə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Digər xəbərlər