detail

Komandamızın baş məşqçisi Rəşad Sadıqovun “Zirə” - “Kəpəz” oyunu haqqında fikirləri

14 İyul 2023
detail

Komandamızın baş məşqçisi Rəşad Sadıqovun “Zirə” - “Kəpəz” (2:1) oyunu haqda fikirləri:

“Artıq 20 gündür ki, məşqlərə başlamışıq. Hazırlıq prosesi çərçivəsində ilk oyunumuz idi. Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar. Söhbət nəticədən getmir. Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Ümumən komandamın çıxışından razı qaldım”.

Digər xəbərlər