detail

Orxan Məmmədov TFF prezidenti Mehmet Büyükekşi ilə görüşüb

14 Sentyabr 2023
detail

“Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi ilə görüşüb. Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb. Tədbirin sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.






Digər xəbərlər