Xəbərlər / Qalereya
Baş Sponsor

2019-09-11

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sentyabrın 14-də start götürəcək IV turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.

Bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu görüşlərdə üstünlük “Zirə”nin tərəfindədir. Komandamız oyunların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən futbolçularımız 4 qarşılaşmadan məğlub ayrılıblar. 33 qolun vurulduğu matçlarda top fərqi də “Qartallar”ın xeyrinədir – 21:12. Komandamızın əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb.
9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə” qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. “Qartallar” top fərqində üstünlüyə malikdir – 7:6.
Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə komandamız qapısını da toxunulmaz saxlaya bilib.

2015/16 mövsümü
13.09.2015. Premyer Liqa. Sumqayıt - Zirə - 0:0
07.11.2015. Premyer Liqa. Zirə - Sumqayıt - 3:2
Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81
06.02.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 0:2
Nelson Bonilla, 4; Rəşad Abdullayev, 90+2
03.04.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0
Nurlan Novruzov, 84

2016/17 mövsümü
06.08.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 0:1
Vaqif Cavadov, 75
17.12.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 1:0
Mirabdulla Abbasov, 14
27.02.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0
Riçard Qadze, 35
15.04.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 1:1
Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (p.)
2017/18 mövsümü
26.08.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 3:1
Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 - Jozef Bum, 88 (ö.q.)
21.10.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 2:1
Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 5
10.02.2018. Premyer Liqa. Zirə - Sumqayıt - 1:1
Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35
20.05.2018. Premyer Liqa. Sumqayıt - Zirə - 1:2
Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68; Sadio Tounkara, 90+5

2018/19 mövsümü
30.09.2018. Premyer Liqa. Sumqayıt – Zirə - 1:0
Adil Nağıyev, 16 (ö.q.)
25.11.2018. Premyer Liqa. Zirə – Sumqayıt – 3:1
Aleksandr Dedov, 36, 74; Bilal Həmdi, 90+6 - Əfran İsmayılov, 45+3
24.02.2019. Premyer Liqa. Sumqayıt – Zirə - 0:1
Mfo Kqasvane, 23
13.04.2019. Premyer Liqa. Zirə – Sumqayıt – 2:0
Xulio Sezar Rodrigez, 33; İlkin Qırtımov, 90+2

DİGƏR XƏBƏRLƏR

2019-09-14

Komandamız Sumqayıtdan qələbə ilə qayıtdı

2019-09-14

"Sumqayıt" - "Zirə" (1:2) oyunundan sonra komandamızın baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bildirib

2019-09-14

"Sumqayıt" - "Zirə" (1:2) oyunundan fotolar

2019-09-12

14 sentyabr (şənbə) “Sumqayıt” – “Zirə” Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Şaiq Həmidov “Kapital Bank Arena”, 18:00

2019-09-11

“Sumqayıt”la 17-ci qarşılaşma

2019-09-11

Sentyabrın 15-dən 20-dək Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq

2019-09-10

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb

2019-09-10

Komandamız "Sumqayıt"la oyuna hazırlaşır

2019-09-07

“Zirə” yoxlama oyununda “Sabah”la qarşılaşıb

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI