Xəbərlər / Qalereya
Baş Sponsor

2019-10-16

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq

II dövrə VIII turun qarşılaşmaları ilə başlayacaq. “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq. Bu, iki komanda arasında ölkə çempionatları tarixində 18-ci duel olacaq.
İlk dəfə 2015/16 mövsümündə görüşən rəqiblər 17 dəfə üz-üzə gəlib. Bu matçların birinin nəticəsi (2:2) ləğv edilib və “Qartallar”a texniki qələbə verilib. Bu 17 qarşılaşmanın yarısından çoxunda – 9 dəfə qələbə qazanan “Zirə” 5 görüşdə meydandan bir xalla ayrılıb. Yalnız üç dəfə uduzan komandamız top fərqində də öndədir. Texniki nəticənin nəzərə alınmadığı qol sayında 21 dəfə rəqib qapısına yol tapan “Qartallar” 15 top buraxıb.
“Zirə”nin bu matçlardakı qollarına 14 futbolçumuz imza atıb. Onlar arasında ən yaxşı bombardir Luis Alberto Diezdir. O, “Neftçi”nin qapısına üç qol vurub. Nelson Bonilla, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvanenin hərəsinin hesabında iki top var.
9-cu dəfə “Neftçi”nin qonağı olacaq komandamız səfər matçlarında da üstünlüyə malikdir. 3 qələbə qazanıb, 4 heç-heçə edən “Qartallar” yalnız bir dəfə rəqib meydanından xalsız ayrılıb. Bu görüşlərdə 11 dəfə fərqlənin futbolçularımız 10 qol buraxıblar. “Zirə” səfərdəki son 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Qeyd edək ki, “Neftçi” - “Zirə” oyunu oktyabrın 20-də “Bakcell Arena”da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

2019-11-19

18-ci duel

2019-11-12

"Zirə"nin futbolçusu Elvin Camalov Azərbaycan milli komandasına dəvət alıb

2019-11-11

40-cı heç-heçə

2019-11-10

Azərbaycan Premyer Liqası XI Tur

2019-11-10

Komandamızın baş məşqçisi Zaur Həşimovun "Qarabağ" - "Zirə" oyunu ilə bağlı fikirləri

2019-11-06

Peşə bayramınız mübarək!

2019-11-06

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb

2019-11-05

07 noyabr I Divizion X tur “Zirə” – MOİK “AZAL Arena”, 14:30

2019-11-04

Qadze rekordun üç addımlığında, Mfo “5”ə çatdı

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI