Xəbərlər / Qalereya
Baş Sponsor

2019-10-30

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah”la görüşündəki 2:2 hesablı heç-heçə “Zirə” üçün yubileylə əlamətdar olub

Bu, “Qartallar”ın ölkə çempionatının yüksək dəstəsində 20-ci səfər heç-heçəsi kimi tarixə düşüb. Premyer Liqada 2015/16 mövsümündə debüt edən komandamız bunadək rəqib meydanlarında keçirdiyi 64 qarşılaşmada 19 dəfə sülhə imza atmışdı.
“Zirə” debüt mövsümündə 7, 2016/17 mövsümündə 5, 2017/18 mövsümündə 4, 2018/19 mövsümündə 3 dəfə səfərdən 1 xalla qayıdıb. Cari çempionatda isə “Sabah”la matçda ilk səfər bərabərliyi qeydə alınıb.
Bunlardan 10-da 1:1, 8-də 0:0, 2-də 2:2 hesabına təsadüf olunub. 8 komandanın meydanında bərabərlik qeydə alınıb. “Neftçi” və “Qəbələ”nin meydanında daha çox – 4 dəfə heç-heçəyə nail olan “Qartallar” “Keşlə” ilə 3, “Qarabağ”, “Sumqayıt”, AZAL və “Kəpəz”lə 2, “Sabah”la 1 dəfə brəabərə qalıb.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə oyunda qeydə alınıb – 1:1.

DİGƏR XƏBƏRLƏR

2020-05-16

⁣"Zirə” PFK-nın kollektivi COVİD-19 (koronavirus) testi verib. Məşqçilər, futbolçular, inzibati və tibbi heyətindən götürülən testin nəticəsində kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.⁣⁣

2020-05-15

Bu gün "Zirə" PFK-nın kollektivi, texniki və futbolçu heyətindən COVİD-19 (koronavirus) testi götürülüb.⁣

2020-05-13

11 rəqib⁣

2020-05-10

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Hörmətlə anırıq!⁣

2020-05-09

9 May faşizm üzərində qələbə günüdür!⁣

2020-05-08

Şuşanın işğalından 28 il ötür.⁣

2020-05-04

Yovan Krneta - 28!

2020-04-30

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktından 11 il keçir. Allah rəhmət eləsin!

2020-04-27

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan I Divizionu və Azərbaycan Kubokunun bərpası ilə bağlı məlumat yayıb:

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI