Xəbərlər / Qalereya
Baş Sponsor

2019-11-04

Qadze rekordun üç addımlığında, Mfo “5”ə çatdı

Riçard Qadze “Zirə”yə qayıtdıqdan sonra ilk qolunu vurub. O, bununla da klubun Premyer Liqadakı bombardirləri siyahısında 2-ci pillənin tək sahibi olub. Qanalı futbolçu bunu 11-ci qoluna imza atmaqla reallaşdırıb. Premyer Liqanın X turunun “Sumqayıt”la görüşündə (2:2) fərqlənən hücumçu bu qolla da hesabında 10 top olan Xulio Sezar Rodrigesi arxada qoyub. Riçard “Qartallar”ın çempionatdakı bombardirləri arasında yalnız Nelson Bonilladan geri qalır. Qanalını rekordçudan cəmi 3 top ayırır.
Qadze “Zirə”dəki son qolunu 2018-ci il mayın 12-də vurmuşdu. Həmin gün “Kəpəz”lə ev matçının (2:1) 42-ci dəqiqəsində fərqlənən aftikalı 540 gündən sonra “Qartallar”la qol sevinci yaşayıb.
“Sumqayıt”la qarşılaşmada vurulan digər topun müəllifi Mfo Kqasvane də mövsümdə ilk dəfə fərqlənib. 3-cü dəqiqədə hesabı açan legioner bununla da yubiley qeyd edib. O, Premyer Liqada 5-ci dəfə rəqib qapısına yol tapıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Sadio Tounkara və Luis Alberto Diezə çatan botsvanalı bombardirlər siyahısında 8-13-cü yerlərə şərikdir. Lakin Mfo digərləri ilə müqayisədə daha az – cəmi 17 oyunda qol sayını 5-ə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

2020-02-10

Azərbaycan Premyer Liqası XVII tur

2020-02-10

Qadze “100”ü yarıladı

2020-02-10

Ağabaladan ilk

2020-02-08

"Sumqayıt" 2:1 "Zirə"

2020-02-08

Komandamızın baş məşqçisi Zaur Həşimovun "Sumqayıt" - "Zirə" (2:1) oyunu ilə bağlı fikirləri

2020-02-07

Fevralın 9-dan 11-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq

2020-02-06

“Sumqayıt”la 19-cu görüş

2020-02-05

8 fevral “Sumqayıt” – “Zirə”

2020-02-04

Elvin Camalov - 25!

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI