Xəbərlər / Qalereya
Baş Sponsor

2019-11-29

18-ci sınaq

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək. Komandamız XIII turda “Qəbələ” ilə qarşılaşacaq. Noyabrın 30-dakı görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Bu, “Qartallar”ın mövsümün ilk yarısında çempionatdakı son səfər sınağı olacaq.
Qəbələdəki matç iki komanda arasında 18-ci duel kimi tarixə düşəcək. İndiyədək Premyer Liqada 17 dəfə yolları kəsişən rəqiblərin matçlarında daha çox heç-heçə qeydə alınıb. 8 dəfə sülhlə ayrılan komandaların oyunlarında “Zirə” 4, “Qəbələ” 5 dəfə qalib gəlib. 15 qol vuran komandamız öz qapısından 19 top buraxıb.
Son üç qarşılaşmada meydanı qolsuz tərk etməyən “Qartallar”ın 11 futbolçusu “Qəbələ”nin qapısına yol tapıb. Onlardan dördü daha çox – hərəyə 2 dəfə fərqlənib. Bunlar Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriçdir.
“Zirə” 9-cu dəfə Qəbələnin eyniadlı komandasının qonağı olacaq. Səfərdə 1 qələbəsi olan paytaxt klubu 5 dəfə səfərdən bir xalla dönüb. 3 görüşdə xalsız qalan komandamız 6 qol vurub, 8-ni buraxıb.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 15:00-da başlayacaq.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72
17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39
08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. - Stiven Monroz, 78

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

DİGƏR XƏBƏRLƏR

2019-12-09

Premyer Liqada 150-ci qol

2019-12-03

“Zirə” – “Qaradağ Lökbatan”

2019-11-30

"Qəbələ" 3:0 "Zirə"

2019-11-30

Komandamızın baş məşqçisi Zaur Həşimovun "Qəbələ" - "Zirə" (3:0) oyunu ilə bağlı fikirləri

2019-11-29

18-ci sınaq

2019-11-25

50-ci qələbə

2019-11-24

"Zirə" - "Keşlə" (3:1)

2019-11-24

Komandamızın baş məşqçisi Zaur Həşimovun "Zirə" - "Keşlə" (3:1) oyunu ilə bağlı fikirləri:

2019-11-19

18-ci duel

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI