Xəbərlər / Qalereya
Baş Sponsor

2019-12-30

12 ayda 12 qələbə

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə evdəki cavab oyunu (1:0) “Zirə”nin 2019-cu ildə son matçı olub. “Qartallar” ilə fevralın 2-də “Sabah”la Premyer Liqadakı ev matçı (0:2) ilə başlayıb.
2018/19 mövsümünün ikinci, 2019/20 mövsümünün ilk yarısını əhatə edən il ərzində komandamız 33 rəsmi qarşılaşmaya çıxıb. Bunlardan 28-i Premyer Liqa, 5-i ölkə kubokunda baş tutub.
“Zirə” il ərzində 12 qələbə qazanıb, 11 heç-heçə edib və 10 dəfə uduzub. Rəqib qapılarından 44 top keçirən komanda 40 qol buraxıb. 
28 çempionat oyununda 10 qələbə və eyni sayda məğlubiyyəti olan qəsəbə təmsilçisi 8 dəfə sülhə imza atıb. Top fərqi 36-37-dir. Kubokdakı 5 görüşdə uduzmayan futbolçularımız 2 qələbə və 3 heç-heçəyə nail olublar. 8 qol vuran komanda 3 top buraxıb.
İl ərzində 41 futbolçu “Zirə” formasını geyinib. Xulio Sezar Rodrigez 28, Tellur Mütəllimov 27, İlkin Muradov, Adrian Skarlatake, Bəxtiyar Həsənalızadə və Mfo Kqasvane 25 dəfə şans qazanıb.
2019-cu ildə “Zirə”nin bombardiri Xuliodur. O, 15 dəfə qol sevinci yaşayıb. Mfo 5, Nicat Süleymanov 4 dəfə fərqlənib.

DİGƏR XƏBƏRLƏR

2020-08-13

Azərbaycan Premyer Liqası I tur

2020-08-12

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün püşkü atılıb. "Zirə" PFK 1-ci turda səfərdə "Qəbələ" ilə qarşılaşacaq

2020-08-09

Əli Şirinov - 22!

2020-08-08

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün başlanma tarixi bilinib.

2020-08-07

“Zirə” Cəlal Hüseynovla yeni müqavilə imzalayıb

2020-08-06

Komandamızın baş məşqçisi Rəşad Sadıqovun atası vəfat edib. "Zirə" Peşəkar Futbol Klubu mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir. Allah rəhmət eləsin!

2020-08-03

"Zirə" Peşəkar Futbol Klubunun yeni prezidenti məlum olub.

2020-08-02

Alie Sesay - 26!

2020-08-01

“Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI