Xəbərlər / Qalereya
Baş Sponsor

2020-01-11

Türkiyəlilərlə 6-cı duel

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” yanvarın 11-də ilk yoxlama oyununu keçirəcək. Ayın 8-dən qonşu ölkədə olan “qartallar” yerli “Ümraniyespor”la üz-üzə gələcək. Əsası 1938-ci ildə qoyulan İstanbul təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparır. Ötən mövsümü 8-ci pillədə başa vuran komanda cari çempionatın 17 turundan sonra 25 xalla 7-ci sırada qərarlaşıb.
“Ümraniyespor”la görüş “Zirə”nin Türkiyə klubları ilə 6-cl dueli olacaq. İndiyədək elə qonşu ölkədə təşkil olunan toplanışlar çərçivəsində 5 yoxlama matçı baş tutub. İlk belə matçlar 2016-cı ilin yayına təsadüf edib. “Qaziantep” BB ilə qarşılaşmada Təmkin Xəlilzadənin qolu ilə 1:0 hesablı qələbə qazanan “Zirə” “Göztəpə” ilə bərabərə qalıb – 1:1. Bu dəfə Elvin Məmmədov fərqlənib.
İki il sonra yay toplanışında da türkiyəlilərlə iki sınaq gerçəkləşib. “Girəsunspor”la görüşdə qol vurulmayıb. “Osmanlıspor”la matçda isə rəqibin avtoqolu “Zirə”yə minimal hesablı qələbə qazandırıb.
Son duel ötən yay baş tutub. Əvvəlki 4 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan “qartallar” ilk məğlubiyyətini “Adana Dəmirspor”dan alıb - 2:3. Qonşu ölkə təmsilçisinin qapısına Şefik Tiqrudja və Soni Norde yol tapıb.
Bu beş oyunda 5 qol vuran futbolçularımız 4 top buraxıblar.
Qeyd edək ki, ümumilikdə Türkiyədə 26 beynəlxalq yoxlama görüşünə çıxan “Zirə” 11 dəfə qalib gəlib, 5 heç-heçə edib, 10 dəfə uduzub. Top fərqi də komandamızın xeyrinədir - 36-25.

DİGƏR XƏBƏRLƏR

2020-01-11

Bu gün komandamız Antalyada ilk yoxlama oyununa çıxacaq

2020-01-11

Türkiyəlilərlə 6-cı duel

2020-01-11

Soni Norde ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib

2020-01-09

"Zirə" PFK-nın baş məşqçisi Zaur Həşimovun köməkçilərindən birinin adına aydınlıq gəlib

2020-01-09

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb

2020-01-08

Komandamız təlim-məşq toplanışı üçün Antalyaya yola düşür

2019-12-31

Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə Azərbaycan xalqını təbrik edirik!

2019-12-30

12 ayda 12 qələbə

2019-12-29

Bəxtiyar Həsənalızadə -27!

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI