Xəbərlər / Qalereya
Baş Sponsor

2020-02-06

“Sumqayıt”la 19-cu görüş

Bu həftə Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçiriləcək. 2020-ci ildə ilk səfər matçına çıxacaq “Zirə” “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da keçiriləcək görüş iki rəqib arasında çempionatdakı 19-cu matç kimi tarixə düşəcək. Komandalar indiyədək Premyer Liqa çərçivəsində 18 oyunda üz-üzə gəliblər.
“Zirə” əvvəlki qarşılaşmalarda böyük üstünlüyə malikdir. Hesabında 10 qələbə və 4 heç-heçə olan “qartallar” 4 dəfə meydandan xalsız ayrılıblar. Bu üstünlük top fərqində də öz əksini tapıb. 25 qol vuran komandamız 15 top buraxıb. “Zirə”nin əvvəlki 18 oyundakı ən yaxşı bombardirləri hərəyə üç qol vuran Aleksandr Dedov, Vüsal İsgəndərli və Riçard Qadzedir. Sonuncu bu topları fərqli mövsümlərdə vurub.
10-cu dəfə “Sumqayıt”ın qonağı olacaq “Zirə” səfərdə də üstün durumdadır. 4 dəfə səfərdən qalib dönən qəsəbə təmsilçisi 2 heç-heçə edib və 3 məğlubiyyət alıb. Rəqib meydanında 9 qolu olan futbolçularımız 7 top buraxıblar. 
Qeyd edək ki, “Zirə” “Sumqayıt”la son 5 oyunda meydanı qolsuz və xalsız tərk etməyib.
2015/16 mövsümü
13.09.2015. Premyer Liqa. Sumqayıt - Zirə - 0:0
07.11.2015. Premyer Liqa. Zirə - Sumqayıt - 3:2
Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81
06.02.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 0:2
Nelson Bonilla, 4; Rəşad Abdullayev, 90+2
03.04.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0
Nurlan Novruzov, 84
2016/17 mövsümü
06.08.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 0:1
Vaqif Cavadov, 75
17.12.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 1:0
Mirabdulla Abbasov, 14
27.02.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0
Riçard Qadze, 35
15.04.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 1:1
Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (p.)
2017/18 mövsümü
26.08.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 3:1
Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 - Jozef Bum, 88 (ö.q.)
21.10.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 2:1
Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 5
10.02.2018. Premyer Liqa. Zirə - Sumqayıt - 1:1
Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35
20.05.2018. Premyer Liqa. Sumqayıt - Zirə - 1:2
Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68; Sadio Tounkara, 90+5
2018/19 mövsümü
30.09.2018. Premyer Liqa. Sumqayıt – Zirə - 1:0
Adil Nağıyev, 16 (ö.q.)
25.11.2018. Premyer Liqa. Zirə – Sumqayıt – 3:1
Aleksandr Dedov, 36, 74; Bilal Həmdi, 90+6 - Əfran İsmayılov, 45+3
24.02.2019. Premyer Liqa. Sumqayıt – Zirə - 0:1
Mfo Kqasvane, 23
13.04.2019. Premyer Liqa. Zirə – Sumqayıt – 2:0
Xulio Sezar Rodrigez, 33; İlkin Qırtımov, 90+2

2019/20 mövsümü
14.09.2019. Premyer Liqa. Sumqayıt – Zirə - 1:2
Tellur Mütəllimov, 16 (ö.q.) // Xulio Sezar Rodrigez, 5; Şafik Tiqrudja, 88
03.11.2019. Premyer Liqa. Zirə – Sumqayıt – 2:2
Mfo Kqasvane, 3; Riçard Qadze, 57 // Peyman Babayi, 28 (p.); Əmir Ağayev, 81

DİGƏR XƏBƏRLƏR

2020-09-23

Sentyabrın 24-dən 30-dək Bakıda 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Toplanışa dəvət alanlar arasında “Zirə”nin üzvləri də var. Mahmud Ağayev U-17, Cəlal Hüseynov isə U-19 millisinin toplanışında iştirak edəcək.

2020-09-21

Azərbaycan Premyer Liqası IV tur "Keşlə" - "Zirə" ASK Arena 26.09.2020 20:15

2020-09-21

"Zirə"nin 2020/21 mövsümü üzrə təqvimi

2020-09-20

Azərbaycan Premyer Liqası III tur "Zirə" - "Sabah" Zirə İdman Kompleksi 20.09.2020 18:00

2020-09-18

Milli musiqi gününüz mübarək!

2020-09-17

“Sabah”a qarşı 8-ci oyun

2020-09-17

"Zirə" PFK George Antonla yollarını ayırıb.

2020-09-15

Səfərdə 70-ci, Qurbanovdan ilk

2020-09-14

11-ci kapitan

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI