Xəbərlər / Qalereya
Baş Sponsor

2020-03-18

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının və I Divizionunun oyunlarının nə zaman keçirilməsi ilə bağlı məlumat yayıb:

Dünyada geniş yayılmış Koronavirus pandemiyasına görə demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub. Bu pandemiyanın Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq Azərbaycan I Divizionu və Azərbaycan Premyer Liqasının 14 aprel tarixinə qədər bərpa olunmayacağını açıqlayırıq. Əgər 14 aprel tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq.
Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur

DİGƏR XƏBƏRLƏR

2020-05-16

⁣"Zirə” PFK-nın kollektivi COVİD-19 (koronavirus) testi verib. Məşqçilər, futbolçular, inzibati və tibbi heyətindən götürülən testin nəticəsində kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.⁣⁣

2020-05-15

Bu gün "Zirə" PFK-nın kollektivi, texniki və futbolçu heyətindən COVİD-19 (koronavirus) testi götürülüb.⁣

2020-05-13

11 rəqib⁣

2020-05-10

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Hörmətlə anırıq!⁣

2020-05-09

9 May faşizm üzərində qələbə günüdür!⁣

2020-05-08

Şuşanın işğalından 28 il ötür.⁣

2020-05-04

Yovan Krneta - 28!

2020-04-30

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktından 11 il keçir. Allah rəhmət eləsin!

2020-04-27

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan I Divizionu və Azərbaycan Kubokunun bərpası ilə bağlı məlumat yayıb:

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI