Xəbərlər / Qalereya
Baş Sponsor

2020-04-27

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan I Divizionu və Azərbaycan Kubokunun bərpası ilə bağlı məlumat yayıb:

Dünyanın əksər ölkələrində geniş yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqası, Azərbaycan I Divizionu və Azərbaycan Kuboku yarışlarına müvəqqəti olaraq fasilə verilib. Ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib. Daha əvvəl qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarımızla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur.
Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan Kubokunun yarımfinal (2 oyundan ibarət) və final oyunları keçiriləcək.
Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.
Azarkeşsiz keçiriləcək Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunun yeni təqvimi ilə bağlı saytımızda məlumat yerləşdiriləcək.
Qeyd: Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər.

DİGƏR XƏBƏRLƏR

2020-05-16

⁣"Zirə” PFK-nın kollektivi COVİD-19 (koronavirus) testi verib. Məşqçilər, futbolçular, inzibati və tibbi heyətindən götürülən testin nəticəsində kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.⁣⁣

2020-05-15

Bu gün "Zirə" PFK-nın kollektivi, texniki və futbolçu heyətindən COVİD-19 (koronavirus) testi götürülüb.⁣

2020-05-13

11 rəqib⁣

2020-05-10

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Hörmətlə anırıq!⁣

2020-05-09

9 May faşizm üzərində qələbə günüdür!⁣

2020-05-08

Şuşanın işğalından 28 il ötür.⁣

2020-05-04

Yovan Krneta - 28!

2020-04-30

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktından 11 il keçir. Allah rəhmət eləsin!

2020-04-27

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan I Divizionu və Azərbaycan Kubokunun bərpası ilə bağlı məlumat yayıb:

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI