Xəbərlər / Qalereya
Baş Sponsor

2020-05-08

Şuşanın işğalından 28 il ötür.⁣

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.⁣

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.⁣

İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.⁣

DİGƏR XƏBƏRLƏR

2020-09-23

Sentyabrın 24-dən 30-dək Bakıda 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Toplanışa dəvət alanlar arasında “Zirə”nin üzvləri də var. Mahmud Ağayev U-17, Cəlal Hüseynov isə U-19 millisinin toplanışında iştirak edəcək.

2020-09-21

Azərbaycan Premyer Liqası IV tur "Keşlə" - "Zirə" ASK Arena 26.09.2020 20:15

2020-09-21

"Zirə"nin 2020/21 mövsümü üzrə təqvimi

2020-09-20

Azərbaycan Premyer Liqası III tur "Zirə" - "Sabah" Zirə İdman Kompleksi 20.09.2020 18:00

2020-09-18

Milli musiqi gününüz mübarək!

2020-09-17

“Sabah”a qarşı 8-ci oyun

2020-09-17

"Zirə" PFK George Antonla yollarını ayırıb.

2020-09-15

Səfərdə 70-ci, Qurbanovdan ilk

2020-09-14

11-ci kapitan

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI