Xəbərlər / Qalereya
Baş Sponsor

2020-09-15

Səfərdə 70-ci, Qurbanovdan ilk

Ruslan Qurbanov “Zirə”nin heyətində ilk qolunu vurub. O, Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə səfər oyununda fərqlənib. Penaltini dəqiq yerinə yetirən Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Ruslan “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.
Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” Azərbaycan Premyer Liqasında 70-ci səfər qoluna imza atıb. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib. Komandamız 2018/19 mövsümündə 17, 2015/16 və 2017/18 mövsümlərində 15, 2016/17 mövsümündə 11, ötən çempionatda 11 dəfə rəqib meydanında qol vurubsa, cari turnirdə artıq 3 dəfə fərqlənib.
Qeyd edək ki, “Zirə” son 4 çempionat matçını qolsuz tərk etmir.

DİGƏR XƏBƏRLƏR

2020-09-23

Sentyabrın 24-dən 30-dək Bakıda 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Toplanışa dəvət alanlar arasında “Zirə”nin üzvləri də var. Mahmud Ağayev U-17, Cəlal Hüseynov isə U-19 millisinin toplanışında iştirak edəcək.

2020-09-21

Azərbaycan Premyer Liqası IV tur "Keşlə" - "Zirə" ASK Arena 26.09.2020 20:15

2020-09-21

"Zirə"nin 2020/21 mövsümü üzrə təqvimi

2020-09-20

Azərbaycan Premyer Liqası III tur "Zirə" - "Sabah" Zirə İdman Kompleksi 20.09.2020 18:00

2020-09-18

Milli musiqi gününüz mübarək!

2020-09-17

“Sabah”a qarşı 8-ci oyun

2020-09-17

"Zirə" PFK George Antonla yollarını ayırıb.

2020-09-15

Səfərdə 70-ci, Qurbanovdan ilk

2020-09-14

11-ci kapitan

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI