Xəbərlər / Qalereya
Baş Sponsor

2020-10-15

“Sumqayıt”a qarşı 20-ci oyun

Azərbaycan Premyer Liqasında VI turun oyunları bu həftə keçiriləcək. “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. Çempionatın lideri olan “qartallar” səfər matçına çıxacaq. Oktyabrın 18-də baş tutacaq oyun iki rəqib arasında 20-ci qarşılaşma olacaq.
İndiyədək “Zirə” Premyer Liqada 19 dəfə “Sumqayıt”la üz-üzə gəlib. Böyük üstünlüyə malik olan komandamız 10 qələbə qazanıb və 4 heç-heçə edib. 5 dəfə uduzan “qartallar” top fərqində də öndədir. Rəqib qapısına 26 qol vuran komandamız 17 top buraxıb. Səfərdə baş tutan 10 görüşdə 4 dəfə qalib olan “Zirə” rəqib meydanında eyni sayda məğlubiyyət alıb. 2 dəfə sülhlə ayrılan rəqiblərin matçlarında 10 qol vuran “qartallar” 9 top buraxıb.
Qeyd edək ki, oktyabrın 18-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Zirə” matçı saat 16:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

2021-05-05

Azərbaycan Premyer Liqası XXVI tur “Zirə” – “Qəbələ” Zirə İdman Kompleksi 09.05.2021 18:00

2021-05-04

"Qarabağ" 1:1 "Zirə"

2021-05-04

Komandamızın baş məşqçisi Rəşad Sadıqovun "Qarabağ" - "Zirə" (1:1) oyunu ilə bağlı fikirləri

2021-05-01

"Zirə" Peşəkar Futbol Klubu Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

2021-05-01

"Zirə"nin may təqvimi

2021-05-01

Azərbaycan Premyer Liqası XXV tur “Qarabağ” – “Zirə” Azərsun Arena 04.05.2021 18:00

2021-04-30

Komandamızın baş məşqçisi Rəşad Sadıqovun "Zirə" - "Keşlə" (2:3) oyunu ilə bağlı fikirləri

2021-04-30

Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktından 12 il keçir. Allah rəhmət eləsin!

2021-04-29

"Zirə"nin 2020-ci il maliyyə hesabatı

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI