Xəbərlər / Qalereya
Baş Sponsor

2020-11-10

Azərbaycan Futbol ailəsinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti!

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Torpaqlarımızın azad edilməsi xəbərini sonsuz sevinc və fərəh hissi ilə qarşıladıq. Qarabağ xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyiniz üçün Sizə və Azərbaycan Ordusuna Azərbaycan futbol ailəsi adından sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətli, cənab Prezident!

Sizin siyasi arenada, əsgərlərimizin, zabitlərimizin, bütün hərbi qulluqçularımızın isə cəbhədə inanılmaz fədakarlığı nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Sizin uzaqgörən siyasətiniz dünya azərbaycanlılarını bir daha həmrəy etdi və bu həmrəylik QƏLƏBƏ ilə nəticələndi. Belə bir günlərdə bir millət olaraq hər birimizin Sizin ətrafınızda hər zaman birləşməyimiz gələcək QƏLƏBƏLƏRİMİZİN qarantıdır.

Bundan sonra Azərbaycan xalqı üçün qələbə şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin həyata keçirilməsinin xoşbəxtliyini yaşayacağıq.

#BİZBİRLİKDƏGÜCLÜYÜK!

AZƏRBAYCAN FUTBOL AİLƏSİ!

DİGƏR XƏBƏRLƏR

2020-12-11

Milli Dirçəliş Gününüz mübarək!

2020-11-24

Azərbaycan Premyer Liqası XI tur "Neftçi" - "Zirə" Bakcell Arena 28.11.2020 16:00

2020-11-24

Çantakias 45-ci oldu

2020-11-24

Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.

2020-11-23

Tarixdə 50-ci, Premyer Liqada 35-ci ev qələbəsi

2020-11-22

"Zirə" 3:1 "Keşlə"

2020-11-22

Komandamızın baş məşqçisi Rəşad Sadıqovun "Zirə" - "Keşlə" (3:1) oyunu ilə bağlı fikirləri:

2020-11-19

“Zirə” - “Keşlə”: 21-ci oyun

2020-11-16

Azərbaycan Premyer Liqası X tur "Zirə" - "Keşlə" Zirə İdman Kompleksi 22.11.2020 16:00

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI