Xəbərlər / Qalereya
Baş Sponsor

2020-11-19

“Zirə” - “Keşlə”: 21-ci oyun

X turda “Zirə”nin rəqibi “Keşlə” olacaq. Komandamız paytaxt təmsilçilərinin duelinə evdə çıxacaq. I dövrədə rəqibini 3:2 hesabı ilə məğlub edən “qartallar” tarixində 21-ci dəfə “Keşlə” ilə üz-üzə gələcək.
Əvvəl “İnter” adlanan rəqiblə ilk görüş 2015/16 mövsümünə təsadüf edib. Bu müddətdə keçirilən 20 qarşılaşmada komandalar hərəyə 6 dəfə qalib gəlib. 8 matçda heç-heçə qeydə alınıb. 47 qolun vurulduğu oyunlarda top fərqi rəqibin xeyrinədir – 23:24. Son üç ev oyununda “Keşlə”yə uduzmayan “Zirə” rəqibini 10-cu dəfə qəbul edəcək. Öz meydanında 3 qələbə və 5 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə məğlubiyyətlə üzləşib. Qonaqların qapısından 13 top keçirən komandamız 9 qol buraxıb.
Qeyd edək ki, noyabrın 22-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Keşlə” matçı saat 16:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

2021-01-20

20 yanvar – Qanlı yanvar gecəsi!

2021-01-19

“Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb.

2021-01-18

Azərbaycan Premyer Liqası XIV tur "Zirə" - "Qəbələ" Zirə İdman Kompleksi 21.01.2021 16:00

2021-01-14

Yoxlama oyunu "Qarabağ" - "Zirə" Tofiq Bəhramov adına Respublika Stadionu 14.01.2021 16:00

2021-01-13

"Zirə" klubunda yeni məşqçi təyinatları olub. Vaqif Paşayev və Hacı Əhmədov baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edilib.

2021-01-12

⁣⁣İkinci hissə komandası – “Zirə”

2021-01-11

"Zirə" PFK yoxlama oyunu keçirəcək. Komandamız "Qarabağ"la qarşılaşacaq. Matç 14 yanvar saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.⁣

2021-01-10

Oyun başa çatdı "Zirə" 2:3 "Sumqayıt" Qollar: David Volkov, Musa Qurbanlı

2021-01-06

"Zirə" PFK yoxlama oyunu keçirəcək. Komandamız "Sumqayıt"la qarşılaşacaq. Matç 10 yanvar saat 16:00-da "Dalğa Arena"da start götürəcək.⁣

SPONSORLAR
BİZİMLƏ ƏLƏQƏ
4 Yusif Safarov str., Baku, Azərbaijan, AZ1025
+994 12 496 50 31
Zire qəsebesi, Baki, Azerbaycan
info@fczire.az
www.fczire.az
MÜRACİƏT FORMASI