2020-11-23
Tarixdə 50-ci, Premyer Liqada 35-ci ev qələbəsi
Azərbaycan Premyer Liqasının X turunun “Keşlə” ilə qarşılaşmasındakı 3:1 hesablı qələbə yubileylərlə əlamətdar olub. “Zirə” bütün turnirlər nəzərə alınmaqla öz meydanında 50-ci qələbəsini qazanıb. Bu, klub tarixinin 100-cü ev oyununa təsadüf edib. Digər qarşılaşmalarda 26 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.
Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada 75-ci ev matçı və 35-ci qələbə olub. “Qartallar” öz meydanında 21 heç-heçə və 19 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, 50 ev qələbəsindən 35-i Premyer Liqaya təsadüf edibsə, I divizionda 9 (15 oyun), Azərbaycan kubokunda 5 (8 oyun), UEFA Avropa Liqasında 1 (2 oyun) qalibiyyət əldə olunub.
2021-01-18
Azərbaycan Premyer Liqası XIV tur "Zirə" - "Qəbələ" Zirə İdman Kompleksi 21.01.2021 16:00
2021-01-14
Yoxlama oyunu "Qarabağ" - "Zirə" Tofiq Bəhramov adına Respublika Stadionu 14.01.2021 16:00
2021-01-13
"Zirə" klubunda yeni məşqçi təyinatları olub. Vaqif Paşayev və Hacı Əhmədov baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edilib.